Müdaxilə testləri, Zəiflik məlumatladırma proqramı, boşluqlar üçün mükfatlandırma proqramı, aralarındakı fərq və Qarabug.
Qarabug platforması, hakerlər və şirkətlər arasında əlaqəni idarə edərək, onlara daha səmərəli əməkdaşlıq və təhlükəsizlik üzərində işləmək üçün mükəmməl bir platforma təqdim edir. Bu platforma şirkətlərə sistemlərinin davamlı olaraq skan və test edilməsini təmin edir, beləliklə yeni zəifliklər ərkən mərhələdə aşkarlanır və qarşısı alınır. Nəticə etibarı ilə, şirkətlər etik hakerlər və müstəqil təhlükəsizlik tədqiqatçıları tərəfindən tapılan təhlükəsizlik zəiflikləri barədə məlumat alır və bu zəifliklər kibercinayətkarlar tərəfindən istismar olunmadan əvvəl düzəldilə bilər.
Qarabug platforması, hakerləri tapdıqları zəiflikləri bildirməyə təşviq edir, çünki burada təqdim olunan proqramlar müxtəlif dəyərlərdə mükafatlar təklif edir. Bu mükafatlar, hakerlər üçün həm motivasiya, həm də əmək haqqı kimi bir təşviq rolunu oynayır. Qarabug həmçinin, müxtəlif büdcələrə uyğun paketlər təqdim edərək, kiçik və orta ölçülü təşkilatların da bu platformadan faydalanmasını təmin edir.
Bu yanaşma, kibertəhlükəsizliyi gücləndirmək üçün daha sərfəli bir həll təqdim edir, çünki təşkilatlar yalnız zəifliklər aşkar edildikdə ödəniş edir, bu da xərclərin daha effektiv idarə olunmasına imkan verir. Bundan əlavə, bu proqramlar yalnız bir təhlükəsizlik mütəxəssisinə deyil, müxtəlif təcrübə və bacarıqlara malik bir çox hakerə müraciət edərək təhlükəsizlik sistemlərini test etməyə imkan verir. Bu yanaşma, zamanla daha geniş və müxtəlif perspektivlərdən testlər aparmağa şərait yaradır, beləliklə, kibertəhlükəsizlikdə daha geniş və effektiv nəticələr əldə edilir. Bug bounty proqramları, şirkətlərə müxtəlif bacarıqlara sahib olan geniş bir haker icmasının faydalarından istifadə edərək daha çevik və hərtərəfli təhlükəsizlik yoxlamaları təmin edir, həmçinin xərclərin daha səmərəli idarə olunmasına və potensial zəifliklərin daha tez aşkar edilməsinə kömək edir.
Qarabug platforması yerli hacker icmasının geniş imkanlarına çıxış əldə etməyə imkan verir. Yerli mütəxəssislər, sistemlərin məntiqi strukturlarını daha yaxşı başa düşdükləri üçün daha əhatəli və dərin təhlükəsizlik testləri həyata keçirə bilirlər. Nəticədə, bu yanaşma təşkilatların bütün rəqəmsal mülklərinin və sistemlərinin geniş şəkildə test edilməsini və zəifliklərin aradan qaldırılmasını təmin edir.
Yerli mütəxəssislərə etibar göstərmək şirkətlər üçün böyük üstünlükdür, çünki mütəxəssisin qeyri-etik davranışları halında məsələyə hüquqi qiymət verilə bilər. Bu da mütəxəssisin şəxsiyyəti və fəaliyyəti ilə bağlı məlumatların mövcud olması səbəbindən məsuliyyətin dəqiq müəyyənləşdirilməsini təmin edir. Həmçinin, Qarabug layihəsi yerli mütəxəssislər üçün mühitdə özlərini tanıtmaları və müsbət reputasiya qazanmaları baxımından əhəmiyyətli bir fürsət yaradır.

Müdaxilə Testləri
Müdaxilə testləri, daha çox "pen test" və ya "etik hakerlik" olaraq da bilinir, kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən bir kompüter sistemi, şəbəkə və ya veb tətbiqinin təhlükəsizliyini qiymətləndirmək məqsədilə həyata keçirilən simulyasiya edilmiş kiberhücumlardır. Testin əsas məqsədi, pis niyyətli hücumçular tərəfindən istismar edilə biləcək zəiflikləri və təhlükəsizlik boşluqlarını aşkar etməkdir. Tipik bir müdaxilə testində, etik hakerlər real kibercinayətkarlar kimi təhlükəsizlik zəifliklərini tapmağa çalışırlar, istifadə etdikləri texnikalar və alətlər isə kibercinayətkarların istifadə etdiyi metodlara bənzəyir. Lakin, bu proses yalnız hədəf sistemin sahibi olan təşkilatın icazəsi ilə həyata keçirilir. Müdaxilə testləri adətən aşağıdakı mərhələləri əhatə edir:
-
Məlumat Kəşfiyyatı (Reconnaissance): Hədəf sistem haqqında məlumat toplamaq, onun strukturu, ictimaiyyətə açıqlanan aktivləri və potensial giriş nöqtələrini müəyyənləşdirmək.
-
Zəiflik Qiymətləndirməsi (Vulnerability Assessment): Hədəf sistemində mövcud olan tanınmış zəiflikləri, məsələn, köhnəlmiş proqram təminatını, zəif şifrələri və ya konfiqurasiya səhvlərini aşkarlamaq üçün skanerlərdən istifadə etmək.
-
Boşluqların İstismarı (Exploitation): Aşkar edilmiş zəiflikləri istifadə edərək, sistemə icazəsiz giriş əldə etməyə çalışmaq.
-
Post-Eksploitasiya (Post Exploitation): Giriş əldə edildikdən sonra, sistemin daha da araşdırılması, məlumat oğurluğu və ya hüquqların artırılması kimi mümkün zərərlərin və təhdidlərin aşkar edilməsi məqsədilə həyata keçirilir.
-
Hesabat Vermə (Reporting): Tapıntıların sənədləşdirilməsi, o cümlədən zəiflikləri, istifadə edilən istismar metodları və təhlükəsizliyin artırılması üçün təkliflərin təqdim edilməsi.
Müdaxilə testləri, təşkilatların təhlükəsizlik zəifliklərini real kibercinayətkarlar tərəfindən istismar olunmadan əvvəl aşkar edib aradan qaldırmalarına kömək edir, beləliklə onların kibertəhlükəsizlik mövqeyini gücləndirir. Bu testlər adətən ildə bir və ya bir neçə dəfə həyata keçirilir və təşkilatın təhlükəsizlik siyasətləri ilə yanaşı yerli qanunvericilik tələblərinə uyğun olaraq planlaşdırılır.

Zəiflik Məlumatlandırma Proqramı
Zəiflik məlumatladırma proqramı, təhlükəsizlik tədqiqatçıları və etik hakerlərin sistemdəki zəiflikləri təşkilata bildirməsinə imkan verən bir prosesi təmsil edir. Bu proqramlar, zəifliklərin pis niyyətli şəxslər tərəfindən istismar olunmadan əvvəl aşkarlanıb düzəldilməsini hədəfləyir. Proqramlar, zəifliklərin necə bildiriləcəyini, qiymətləndirmə və həll mərhələlərini və məsuliyyətli açıqlamaların necə tanınacağını müəyyən edən qaydalar təqdim edir. Bu cür proqramlar, kiber təhlükəsizliyi gücləndirərək şəffaflığı və əməkdaşlığı təşviq edir. Bu proqramlar adətən mükafatlandırma və ya sınaq qaydaları baxımından daha az strukturludur. Onlar daha reaktiv xarakter daşıyır: zəifliklər təşkilata bildirilir və şirkət bunun həlli prosesini idarə edir. Bildiriş prosesi açıq və ya qapalı ola bilər və çox vaxt proqram məsuliyyətli məlumatlandırma ilə bağlı müəyyən qaydalara fokuslanır. Adətən, zəiflik məlumatlandırma proqramı maliyyə mükafatları təklif etmir, amma digər tanıma və ya təşəkkür formasını, məsələn, ictimai təşəkkürləri təklif edə bilər. Əsas diqqət maliyyə təzminatı deyil, məsuliyyətli məlumatlandırmaya yönəlir.
Boşluqların Mükafatlandırılması Proqramı
'Bug [baq] bounty [baunti]' proqramı, təşkilatların sistemlərində, tətbiqlərində və ya vebsaytlarında təhlükəsizlik zəifliklərini aşkar edib bildirən fərdlərə, adətən etik hakerlərə və ya təhlükəsizlik tədqiqatçılarına mükafatlar və ya təşviqlər təklif edən bir platformadır. Bu proqramlar/platformalar, təşkilatların potensial riskləri və zəiflikləri pis niyyətli şəxslər tərəfindən istismar edilmədən əvvəl aşkar etmələrinə kömək edir. Bug bounty proqramları, qlobal və yaxudda lokal kibertəhlükəsizlik icmasının kollektiv mütəxəssisliyindən istifadə edərək kiber təhlükələrə qarşı proaktiv yanaşmanı təşviq edir. İştirakçılar, tapdıqları zəifliklərin ciddiliyi və sistemə təsiri əsasında mükafatlandırılır, bu da kibertəhlükəsizlik sahəsində əməkdaşlıq və yenilikçiliyi stimullaşdırır. Bug bounty proqramları daha strukturlu və proqram şəklində təşkil olunur. Adətən iştirak üçün müəyyən qaydalar mövcuddur ki, bu qaydalarda nə test edilə biləcəyi və nə edilə bilməyəcəyi aydın şəkildə müəyyənləşdirilir, həmçinin mükafat səviyyələri və hüquqi müqavilələr də daxil olmaqla, bütün şərtlər detallı şəkildə təqdim olunur.
Ortaq nöqtələr: Üçüdə təşkilatların təhlükəsizlik zəifliklərini tapmaq və aradan qaldırmaq məqsədini güdür, və üçüdə eyni processləri əhadə edir.
Fərqliliklər: Müdaxilə testləri daha strukturlu və planlıdır, adətən qısa bir zaman aralığında həyata keçirilir. Lakin, bu yanaşmanın mənfi tərəfi odur ki, test tamamlandıqdan sonra yeni zəifliklər aşkar oluna bilər. İstifadə olunan texnologiyalar dəyişə və ya sistemlər yenilənə bilər, amma test bitdikdən sonra bu yeni zəifliklər əvvəldən test edilən mühitdə aşkar edilməmiş olacaq və hesabatda qeyd olunmayacaq, çünki həmin vaxt bu zəiflik mövcud deyildi. Zəiflik məlumatlandırma proqramı adətən reaktiv bir yanaşma ilə işləyir və tapıntılar əsasında təşkilatlarla əməkdaşlıq edir. Bu proqramda bəzən müəyyən bir struktur və ya qaydaların olmaması, iştirakçıların zəiflikləri bildirmə metodlarına dair aydın və dəqiq təlimatların olmaması ilə nəticələnə bilər. Bu, təşkilatların zəiflikləri düzgün qiymətləndirib həll etməsini çətinləşdirə bilər. Boşluqların mükafatlandırması (Bug bounty) proqramları isə davamlıdır və iştirakçılar müxtəlif zamanlarda zəifliklər tapıb bildirdikcə mükafatlandırılır.