Azerbaycanda ciddi ilk addım GOV.AZ ölkə səviyyəsində boşluqların mükafatlandırma proqramı!! XRİTDX və Qarabug.

Qarabug platforması ilk yarandığı gündən həm ümumi startap çətinlikləri, həm də yerli texnologiya sahəsinin radikal dəyişikliklərə hazırlıqsızlığın səbəb olduğu bir çox çətinliklərlə üzləşmişdir. Hal-hazırda dünyada belə platformalar mövcuddur və həmin platformalarda iştirak edən azərbaycanlı mütəxəssislər də vardır. Lakin, bu platformaların Azərbaycanda fəaliyyət göstərməməsinin bir çox hüquqi səbəbləri vardır. Bəzi ölkələr, texnologiya sahəsində müdaxilə testləri keçirmək üçün müxtəlif vasitələrdən və fərqli qaydalardan istifadə edərək ölkə üzrə bu cür testləri həyata keçirirlər və mükafatlandırma proqramları təşkil edirlər. Bunlara Misal olaraq ABŞ-ın "Hack the Pentagon”, "Hack the Army", "Hack the Air Force" kimi və ya, Birləşmiş Krallıq, Fransa, Almaniya, Niderland, Sinqapur və digərlərində dövlət qurumlarına məxsus sistemlərin yoxlanılması məqsədilə keçirilən mükafatlandırma proqramlarını göstərmək olar.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) son dövrlərdə həyata keçirdiyi mühüm işlər nəticəsində və Qarabug bug bounty platformasına göstərdiyi ciddi dəstək sayəsində ölkədə informasiya təhlükəsizliyi sahəsində əhəmiyyətli irəliləyişlər əldə olunmuşdur. Bu dəstək, yerli mütəxəssislər, qurumlar və təşkilatlar arasında əməkdaşlıq və güvən hissi yaratmışdır. Yerli mütəxəssislər, qanunvericiliyə uyğun olaraq həyata keçirdikləri tədqiqatlar və tapıntıların XRİTDX tərəfindən düzgün qiymətləndiriləcəyini və mükafatlandırılacağını bilirlər. Bu, həmçinin yerli təşkilatlarda əminlik yaradır ki, onların sistemləri 250-dən çox mütəxəssis tərəfindən daimi olaraq yoxlanılır və bu proses XRİTDX tərəfindən nəzarət və dəstək altında aparılır.
Qarabug platforması ilk yaradıldığı dövrdə XRİTDX-nin mentorluq dəstəyi ilə, Qarabug-dakı proseslər, alqoritmlər, ölkə qanunvericiliyi və informasiya təhlükəsizliyi sahəsindəki mövcud vəziyyət nəzərə alınaraq təkmilləşdirildi. Bu, platformanın inkişafı üçün çox əhəmiyyətli bir addım oldu. Qarabug platforması olaraq bu dəstəksiz, bu sahədə araşdırmalar aparmaq və ya konsultasiya şirkətindən xidmət almaq kimi iki seçimlə qarşılaşmışdı.
Azerbaycanda ciddi ilk addım GOV.AZ ölkə səviyyəsində boşluqların mükafatlandırma proqramı!
XRİTDX Qarabug vasitəsilə ölkə üzrə boşluqların aşkarlanması üzrə mükafat proqramını elan edib. Proqramın detalları, mükafatlar və digər şərtlər Qarabug platformasında hər kəsin istifadəsinə açıq olacaq. Hazırda platformada 250-dən çox mütəxəssisin müraciəti mövcuddur və böyük əksəriyyəti təsdiqlənərək artıq platformada aktivdir. Digər mütəxəssislərin profilləri isə növbə ilə sistəmdə təsdiqlənilir. Proqram çərçivəsində ümumilikdə 20,000 AZN mükafat fondu və əlavə tanınma mükafatları vardır.
XRİTDX və Qarabug arasındakı əməkdaşlıq digər texnologiya sahəsindəki qurumlar üçün nümunə olmalıdır. Onlar bu modeli öyrənməli və yerli startaplara güvənərək, heç bir tərəddüd etmədən və aktiv şəkildə müstəsna əməli dəstək göstərməlidirlər!